25 
Apr
2017
13:30
18
655
5438
Virtual karabakh

Mariya Zaxarova: Qəlbimiz erməni xalqı ilə birlikdədir

25 Apr, 2017
13:30
5438

Mariya Zaxarova: Qəlbimiz erməni xalqı ilə birlikdədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bizim qəlbimiz erməni xalqı ilə birlikdədir”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün Facebook səhifəsində yazıb.

“24 aprel erməni “soyqırımı” qurbanlarının xatirə günüdür. Kimsə “soyqırım” sözünü tanımır, kimsə qurbanların sayını şübhə altına alır, “olub-olmayıb” müzakirəsi aparır. Rusiya Dövlət Duması isə hələ 1995-ci ildə “Erməni xalqının tarixi vətənində - Qərbi Ermənistanda 1915-1922-ci illərdə məruz qaldığı soyqırımın müzakirəsi haqqında” qərar qəbul edib”, - deyə M. Zaxarova qeyd edib.

Hazırda Nyu Yorkda olan M. Zaxarova şəhərdəki erməni kilsəsinə baş çəkdiyini də yazıb: “BMT binasından bir neçə dəqiqəlik məsafədə erməni kilsəsi var. Ora getdim. Harada olmağımızdan asılı olmayaraq, qəlbimiz erməni xalqı ilə birlikdədir”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri