26 
Apr
2017
08:38
16
123
1117
Virtual karabakh

Rusiya Xəzər donanmasının dəniz piyadaları təlimlər keçirib

26 Apr, 2017
08:38
1117

Rusiya Xəzər donanmasının dəniz piyadaları təlimlər keçirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Xəzər donanmasının dəniz piyadaları döyüş hazırlığının komandan tərəfindən qəfil yoxlanılması çərçivəsində şərti terrorçuları məhv ediblər.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin (CHD) mətbuat xidmətinin rəisi polkovnik Vadim Astafyev bildirib.

Məlumata görə, Rusiya Xəzər donanmasının gəmiləri Cənub Hərbi Dairə qoşunlarının komandanı, general-polkovnik Aleksandr Dvornikovun rəhbərliyi altında açıq dənizə çıxıb. 

Təlimlərdə “Tatarstan” və “Dağıstan” raket gəmiləri daxil olmaqla Xəzər donanmasının doqquzdan çox gəmisi iştirak edir. Təlimlərə həmçinin 1000-dək hərbçi cəlb olunub. 

“Qəfil yoxlama çərçivəsində Xəzər donanmasının dəniz piyadaları batalyonu “Adanak” poliqonunda döyüş atışı ilə müşayiət edilən təlimlər keçirib. Təlimlərdə 500-dən çox hərbçi və 100-dək döyüş və xüsusi texnika iştirak edib. Təlimlər zamanı hərbçilər gizli irəliləmə, qanunsuz silahlı birləşmələrin aşkarlanması, bloklanması və məhv etdirilməsi üzrə tapşırıqları icra ediblər”, - deyə məlumatda bildirilir.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri