26 
Apr
2017
08:51
18
161
1629
Virtual karabakh

ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirəcək

26 Apr, 2017
08:51
1629

ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Hərbi-Hava Qüvvələri bu gün ölkənin strateji nüvə qüvvələrinin əsasını təşkil edən  “Minuteman III”  qitələrarası ballistik raketi sınaqdan keçirəcək.  

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, raket ölkənin nüvə imkanlarını nümayiş etdirmək məqsədi ilə  ABŞ Hərbi-Hava Qüvvələrinin Kaliforniya ştatındakı “Vandenberq” bazasından buraxılacaq.

Komandanlıq nümayəndəsi sınağın bir əvvəldən planlaşdırıldığını və Koreya yarımadasındakı vəziyyətlə heç bir əlaqəsi yoxdur. 

“Raket buraxılışı milli nüvə qüvvələrimizin statusunun yoxlanılması və nüvə imkanlarımızın nümayiş etdirilməsi üçün əhəmiyyətlidir”, - deyə polkovnik Con Moss bildirib.  

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri