26 
Apr
2017
13:56
45
134
3651
Virtual karabakh

Ərdoğan: Suriya münaqişəsini həll etmək olmaz...

26 Apr, 2017
13:56
3651

Ərdoğan: Suriya münaqişəsini həll etmək olmaz...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bəyan edib ki, nə qədər ki, Suriya prezidenti Bəşər Əsəd hakimiyyətdədir, Suriya münaqişəsini həll etmək olmaz. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, o bu barədə Reuters agentliyinə verdiyi müsahibəsində bildirib. 

“Əsəd Suriyada potensial nizamlanma üçün həll deyil. Həllin meydana gəlməsi üçün Suriyanı Əsəddən azad etmək lazımdır”, - Ərdoğan bildirib. Onun sözlərinə görə, nə qədər ki, Suriya prezidenti Bəşər Əsəd hakimiyyətdədir, Suriya münaqişəsini həll etmək olmaz. 

Bundan başqa Ərdoğan qeyd edib ki, “(RF prezidenti Vladimir) Putin, (ABŞ prezidenti Donald) Tramp, biz İran, Səudiyyə Ərəbistanı, Qətər Suriyada həll tapmaq üçün fəal  şəkildə səy göstəriblər”. onun sözlərinə görə, birləşib Suriya xalqına qərar qəbul etməyə yardım etmək olar. 

“Əsəd yüz minlərlə adam öldürüb, mənim ölkəmdə 3 milyon qaçqın var, 1,5 milyon qaçqın Livandadır, indi 1 milyona yaxın qaçqın İordaniyadadır, və bu insanlar doğma ölkələrindən qaçıb”, - Ərdoğan qeyd edib. Onun sözlərinə görə, bunun əsas səbəbi Əsəddir. Bu səbəbdən də Suriya xalqına öz liderini seçmə imkanı vermək lazımdır. Agentlik qeyd edir ki, Ərdoğan Əsədə yetərincə alternativ mövcuddur. 
 
S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri