27 
Apr
2017
12:34
25
126
1962
Virtual karabakh

ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirdi

27 Apr, 2017
12:34
1962

ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı hərbçilər qitələrarası “Minuteman III” ballistik raketi sınaqdan keçiriblər. Bu raket ölkənin strateji qüvvələrinin əsasını təşkil edir. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın HHQ-nin mətbuat xidməti məlumat verib.

Raketin buraxılışı çərşənbə gününə keçən gecə Kaliforniya ştatında Vandenberq aviabazasında həyata keçirilib. Qeyd edilir ki, “raket start yerindən təxminən 4,2 min mil məsafədə yerləşən Kvacaleyn poliqonuna çatıb”. Sınaq üçün Vayominq, Montana və Nebraska ştatlarında yerləşən HHQ bölmələri cavabdeh idi. 

Daha öncə Amerika HHQ qlobal zərbələr komandanlığının nümayəndəsi sınaqların bir il öncə planlaşdırıldığı və Koreya yarımadasındakı vəziyyət ilə heç bir əlaqəsi olmadığını bəyan etmişdi. 

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri