27 
Apr
2017
19:00
209
25
8730
Virtual karabakh

Bu vertikal ferma bir şəhəri qida ilə təmin edə bilər – FOTO

27 Apr, 2017
19:00
8730

Bu vertikal ferma bir şəhəri qida ilə təmin edə bilər – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Maşambas” qülləsi adı ilə bilinən bu qüllə polşalı dizaynerlər Pavel Lipinski və Matyuz Frankovski tərəfindən dizayn olunub.

Binanın əsas özəlliyi ondandır ki, layihə reallaşarsa, bu bina ferma kimi fəaliyyət göstərəcək. 

Oxu.Az xəbər verir ki, “Evolo” adlı jurnalın keçirtdiyi göydələn müsabiqəsində qalib olan bu dizayn əgər reallaşarsa, Afrika cəngəlliklərindəki şəhərləri qida ilə təmin edə biləcək. 

Əkin sahələri, məktəblər, uşaq bağçaları, həkim otaqları və dronlar üçün eniş meydançası ilə təmin olunacaq bu binadan Afrikanın çatılması çətin yerlərinə qida göndərmək mümkün olacaq. Binanın birinci mərtəbəsində isə kənd təsərrüfatı məhsullarının satışının həyata keçiriləcəyi bazar fəaliyyət göstərəcək. 

Dizaynerlər bu layihənin məqsədinin Afrikadakı aclığın və su probleminin qismən də olsa həllinə kömək etmək olduğunu qeyd ediblər. 

İsmayıl Nur

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri