27 
Apr
2017
16:12
43
124
2494
Virtual karabakh

Türkiyədə Rusiyanın hərbi gəmisi yük gəmisi ilə toqquşub

27 Apr, 2017
16:12
2494

Türkiyədə Rusiyanın hərbi gəmisi yük gəmisi ilə toqquşub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün İstanbul boğazı yaxınlığında, Qara dəniz sahillərində Rusiyanın “Liman” adlı hərbi gəmisi canlı heyvan daşıyan “Aşot-7” adlı yük gəmisi ilə toqquşub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Türkiyə Sahil Mühafizə Xidmətinin əməkdaşları Rusiyanın hərbi gəmisindəki 45 əsgəri xilas edib.

Bölgədə qatı duman var və qəzanın da məhz bu səbəbdən baş verdiyi ehtimal olunur.

İlkin məlumatda 15 rusiyalı hərbçinin itkin düşdüyü bildirilsə də, Rusiya Müdafiə Nazirliyi hərbi gəmidəki 78 əsgərin hamısının xilas edildiyi barədə məlumat yayıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri