28 
Apr
2017
13:03
46
109
1833
Virtual karabakh

Şpitsbergendə doqquz rusiyalı buz altına düşüb

28 Apr, 2017
13:03
1833

Şpitsbergendə doqquz rusiyalı buz altına düşüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 27-də doqquz rusiyalı Norveçin Şpitsbergen arxipelaqında buzun altına düşüb.

Oxu.Az xəbər verir ki, TASS-a bu barədə Norveç xilasetmə koordinasiya mərkəzindən bildiriblər.

Rusiyanın Şpitsbegendəki baş konsulu Vyaçeslav Nikolayev bildirib ki, rusiyalı turistlər “snowmobile” ilə (qar-avtomobilləri) Piramida qəsəbəsindən Longyirə yola düşüblər. 

Donmuş Tempel-Fyord körfəzini keçən birinci qrupun üzvləri buz altına düşüblər. Zərərçəkən doqquz rusiyalı xilasetmə əməliyyatı zamanı tapılıb.  

Nikolayevin sözlərinə görə, helikopter xəsarət alan dörd nəfəri Longyir xəstəxanasına çatdırıb. İki rusiyalı turist Norveçin sahil mühafizə gəmisindədir, daha üç nəfər yardım alıb, onların vəziyyəti stabildir. 

“Hazırda Longyir xəstəxanasında yerləşən xəsarət alanların yanına gedirik. Onların helikopter ilə Tromsyo şəhərinin universitet klinikasına aparılacağı da istisna deyil”, - Nikolayev bəyan edib. 

Longyir xəstəxanasından Norveçin TV2 telekanalına iki rusiyalının kritik vəziyyətdə olduğu barədə məlumat verilib. 

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri