28 
Apr
2017
15:26
75
302
9984
Virtual karabakh

5 milyon müsəlmanın yaşadığı ölkədə çadra qadağası

28 Apr, 2017
15:26
9984

5 milyon müsəlmanın yaşadığı ölkədə çadra qadağası

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyada müsəlman qadınlara niqab və çadra qadağası qanuniləşdirilir. 

Oxu.Az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, üzü tamam bağlayan libasların geyinməyi qadağan edən qanun dünən Bundestaq tərəfindən təsdiqlənib. 

Hələ yuxarı palata tərəfindən təsdiqlənməli olan bu qanun yalnız dövlət işçilərini, hakim və hərbçiləri əhatə edəcək. Qadağa yalnız iş vaxtı üçün nəzərdə tutulur. 

Xatırladaq ki, hələ keçən ilin sonu kansler Angela Merkel bu qanunu dəstəklədiyini bildirmişdi.

Qanun təsdiqlənərsə, Almaniya baş örtüyünə qadağa qoyan AŞ-nın sayca beşinci ölkəsi olacaq. Hazırda bu tipli qanunlar Fransa, Belçika, Niderland və Bolqarıstanda qüvvədədir.

Qeyd edək ki, ötən ilin məlumatına görə, Almaniyada 5 milyona yaxın müsəlman yaşayır ki, onların də böyük əksəriyyəti türklərdir. 

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri