28 
Apr
2017
17:38
20
125
7974
Virtual karabakh

Dünya liderləri nə qədər maaş alır? – SİYAHI

28 Apr, 2017
17:38
7974

Dünya liderləri nə qədər maaş alır? – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyada ən çox aylıq maaş alan liderlərin adları açıqlanıb.

Oxu.Az-ın Baku.ws-ə istinadən verdiyi məlumata görə, siyahıda dünyanın müxtəlif ölkələrindən bir sıra prezident və baş nazirin adı var.   

Cənubi Koreya prezidenti Li Myonq-Bak 23 min, Rusiyanın baş naziri Dmitri Medvedev 22 min, Fransa prezidenti Fransua Olland isə nə az, nə çox 36 min manat məvacib alır. 

Aylıq maaşı yüksək olan rəhbərlər arasında Yaponiya baş naziri Şinzo Abe də var. O, hər ay 29 min manat maaş alır. Cənubi Afrika dövlətinin başçısı Yakob Zuma 31,500, Sinqapur baş naziri Li Hsien Loonq 22 min, İsveçrə prezidenti Yohan Şneider-Amman 66 min manat qazanır. 

Kanada baş naziri Castin Trudeau 36 min, İrlandiya prezidenti Miçel D.Hiqqins 39 min, Lüksemburq baş naziri Xavier Bettel 44 min, Yeni Zelandiya baş naziri Con Key 46 min, Rusiya dövlət başçısı Vladimir Putin 22 min manat aylıq maaş alır. 

Siyahıda Almaniya baş naziri Angela Merkelin də adı var. Xanım kansler 35 min manat məvacib alır. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp 57 min, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan 17 min manat maaş alır. 

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri