28 
Apr
2017
23:23
371
29
2071
Virtual karabakh

“Əl-Qaidə” liderlərindən biri məhv edilib

28 Apr, 2017
23:23
2071

“Əl-Qaidə” liderlərindən biri məhv edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ hərbçiləri Yəməndə “Ərəbistan Yarımadasında Əl-Qaidə” terror qruplaşmasının liderlərindən birini məhv ediblər.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis bildirib.

“Aprelin 23-də hava zərbəsi nəticəsində “Əl-Qaidə” terror təşkilatının Ərəbistan Yarımadasındakı qolunun lideri Əbdül Əhməd əl-Alaki məhv edilib. Məlumat artıq təsdiqlənib”, deyə C.Devis qeyd edib.

Pentaqon rəsmisi həmçinin bildirib ki, aprelin 27-də Əfqanıstanın Nanqarxar əyalətində xüsusi əməliyyat nəticəsində 35 İŞİD terror qruplaşmasının silahlısı məhv edilib. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri