29 
Apr
2017
09:59
191
106
2723
Virtual karabakh

Şimali Koreya ballistik raketini sınaqdan çıxardı

29 Apr, 2017
09:59
2723

Şimali Koreya ballistik raketini sınaqdan çıxardı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şimali Koreyanın növbəti dəfə ballistik raketini sınaqdan keçirdiyi etimal edilir.

Oxu.Az-ın Report-a istinadən verdiyi xəbərə görə, bu barədə şənbə günü Cənubi Koreyanın Renxap agentliyi məlumat yayıb.

“Şimali Koreya bu gün səhər Pxyonan-Namdo əyalətinin Pukçxan rayonunda hələ ki, tipi məlum olmayan raket sınaqdan keçirib”, - deyə agentlik Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin bəyanatını sitat gətirir.

Məlumata görə, sınaq uğursuz alınıb.

CNN telekanalının Pentaqondakı mənbəyə istinadən verdiyi xəbərə görə, ABŞ-ın müdafiə idarəsi Koreya Xalq Demokratik Respublikasının ballistik raket sınaqdan keçirməsi faktını təsdiq edir.

Bundan əlavə, telekanal məlumat verir ki, buraxılan “KN-17” ballistik raketi dənizə düşənədək “bir neçə yüz mil” hərəkət edib, daha sonra havada partlayıb.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri