29 
Apr
2017
15:40
61
174
3588
Virtual karabakh

Türkiyədə “Wikipedia”ya giriş bağlanıb

29 Apr, 2017
15:40
3588

Türkiyədə “Wikipedia”ya giriş bağlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə hakimiyyəti “Wikipedia” internet ensiklopediyasının resurslarına çıxışı bağlayıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu qərar İnformasiya Texnologiyaları və Rabitə Şurası tərəfindən qəbul edilib.

“5651 saylı qanuna uyğun olaraq, İdarə Heyətinin apardığı texniki və hüquqi qiymətləndirmənin nəticələrinə görə, 29 apreldən etibarən “wikipedia.org” saytına qarşı inzibati tədbirlər tətbiq edilir”, - Şuranın bəyanatında deyilir.

Bu qərarın səbəbləri barədə məlumat verilmir.

Qeyd edək ki, Türkiyədə 5651 saylı qanun internet yayımının tənzimlənməsi və bu sahədə törədilən cinayətlərə qarşı mübarizəni nəzərdə tutur. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri