29 
Apr
2017
17:38
21
265
7495
Virtual karabakh

Qırğızıstanda matəm elan edilib

29 Apr, 2017
17:38
7495

Qırğızıstanda matəm elan edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qırğızıstanın Oş vilayətinin Ayu kəndində torpaq sürüşməsi nəticəsində 24 nəfərin ölməsi ilə əlaqədar milli matəm elan edilib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bununla bağlı bu gün Qırğızıstan prezidenti Almazbek Atambayev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, 30 aprel milli matəm günü elan edilib. Bununla əlaqədar sabah ölkədə və Qırğızıstanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində bayraqlar yarıya qədər endiriləcək. Eyni zamanda televiziya və radio kanallarına həmin gün əyləncəli veriliş və proqramları ləğv etmək tövsiyə olunub. Dövlət başçısı həlak olan və xəsarət alanların  ailələrinə zəruri yardımların göstərilməsi barədə də tapşırıq verib.

Qeyd edək ki, aprelin 29-da yerli vaxtda səhər saat 07.20 radələrində  Oş vilayətinin Ayu kəndində güclü torpaq sürüşməsi baş verib, 24 nəfər torpaq kütləsi altında qalıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri