29 
Apr
2017
20:52
65
158
2646
Virtual karabakh

ABŞ-da təyyarə qəzası baş verib: Ölənlər var

29 Apr, 2017
20:52
2646

ABŞ-da təyyarə qəzası baş verib: Ölənlər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da təyyarə qəzası baş verib.

Oxu.Az-ın məlumatına görə, Report TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə xəstələrə hava nəqliyyatı xidmətini həyata keçirən Rico Aviation şirkətindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə Texas ştatının Amarillo şəhərində qeydə alınıb. Belə ki, yüngül mühərrikli təcili yardım təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub. Həlak olanlar ekipaj üzvləridir.

Qəzanın başvermə səbəbləri hələlik məlum deyil. Yerli polis güman edir ki, hadisə əlverişsiz hava şəraiti - gücü saniyədə 24 metrə çatan küləklə əlaqədar ola bilər.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri