29 
Apr
2017
23:16
28
260
3612
Virtual karabakh

Kubada 39 nəfərin olduğu sərnişin təyyarəsi yoxa çıxıb – YENİLƏNİB

29 Apr, 2017
23:16
3612

Kubada 39 nəfərin olduğu sərnişin təyyarəsi yoxa çıxıb – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubada radarlardan itmiş An-26 sərnişin təyyarəsinin qəzaya uğradığı məlum olub.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bu barədə “Ciber Cuba” portalı məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə adanın qərbində, Pinar-del-Rio vilayətində baş verib.

“Biz Kuba hökumətindən aviaşirkətin hava insidenti barədə xəbərin təsdiqini aldıq. Təəssüf ki, bizə həmçinin həlak olanların da olduğunu təsdiqlədilər”, - deyə portal bildirib.

Qəzada ölənlərin dəqiq sayı hələlik məlum deyil. 

23:10

Kubada sərnişin təyyarəsi radarlardan yoxa çıxıb.

Oxu.Az-ın məlumatına görə, modern.az xarici KİV-ə isitnadən xəbər verir ki, paytaxt Havanadan Pinar-del-Rio vilayərinə uçan təyyarə havaya qalxdıqdan bir müddət sonra yoxa çıxıb.

Onun göyərtəsində 39 nəfərin olduğu bildirilir. Rəsmi orqanlar təyyarənin qəzaya uğraması ilə bağlı rəsmi açıqlama verməsə də, axtarış əməliyyatlarına başlayıblar.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri