30 
Apr
2017
20:17
193
22
1623
Virtual karabakh

Əfqanıstanda 43 silahlı məhv edilib

30 Apr, 2017
20:17
1623

Əfqanıstanda 43 silahlı məhv edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son  sutka ərzində Əfqanıstan ordusunun həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində 43  silahlı məhv edilib, 8-i yaralanıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan Daxili işlər nazirliyinin məlumatında bildirilir.

Məlumata əsasən, əməliyyat ölkənin beş əyalətində  keçirilib. Məhv edilən silahlılardan 17-in İŞİD terror qruplaşmasın üzvləri olduğu bildirilir. Əməliyyat zamanı xeyli sayda silah-sursat da müsadirə olunub.

Əfqanıstan ordusunun itkiləri barədə məlumat verilmir.

Qeyd edək ki, son bir neçə ay ərzində Əfqanıstanda vəziyyət gərginləşib. Ölkənin şərq, cənub və şimal bölgələrində "Taliban" və İŞİD silahlılarının fəallığı daha da artıb. Bir çox əyalətlərdə “Taliban” hərəkatının səhra komandirləri və sıravi döyüşçüləri "sədaqət andı" içərək İŞİD-lə birləşir.

A.S.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri