May
2017
12:50
171
44
5498
Virtual karabakh

Venesiyada şaurma ilə mübarizə başlayıb

6 May, 2017
12:50
5498

Venesiyada şaurma ilə mübarizə başlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Venesiya hakimiyyəti şaurmanın satış məntəqələrinin açılmasını qadağan edib, eləcə də bir pay pizza almaq mümkün olan ictimai qida məntəqələrinin sayını məhdudlaşdırıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.

Venesiyada şəhərə səfər edən turistlərin sayını məhdudlaşdırmaq niyyətindədirlər. Qüvvəyə minən qanuna görə, şaurma satılan məntəqələrinin açılmasının qarşısını almaq şəhərin mədəni irsini qorumağa istiqamətlənib. 

“Biz Venesiyanın mədəni irsinə müvafiq olmayan fəaliyyət növlərini məhdudlaşdırmaq niyyətindəyik”, - şəhər turizm departamentinin rəhbəri Paola Mar bəyan edib. 

Hər il Venesiya milyonlarla turisti qəbul edir. Bu şəhərə güclü təsir edir, bununla əlaqədar hakimiyyət Venesiyanın unikallığını və bənzərsizliyini qorumaq üçün müxtəlif tədbirlər həyata keçirir. Daha öncə fast-food-un yayılmasını məhdudlaşdıran bu qəbildən olan tədbirlər Veron və Florensiyada həyata keçirilmişdi.  

İ.N.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri