11 
May
2017
17:32
86
22
3449
Virtual karabakh

Şengen vizası asanlıqla saxtalaşdırılır: Dizayn dəyişdiriləcək

11 May, 2017
17:32
3449

Şengen vizası asanlıqla saxtalaşdırılır: Dizayn dəyişdiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Şurasının və Avropa Parlamentinin qərarına əsasən, qısa müddət üçün veriləcək Şengen vizalarının dizaynı dəyişdiriləcək. Bu, həmin vizaların saxtalaşdırılmasının qarşısını almaq məqsədi daşıyır.

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, vizalarda olan unifikasiyalaşdırılmış stikerlər artıq 20 ildən çoxdur ki, dəyişilməyib. Bu da onların dələduzlar tərəfindən asanlıqla öyrənilib saxtalaşdırılmasına səbəb olub.

Avropa Komissiyasının araşdırmalarına görə, ötən il ən az Şengen vizası verən ölkə Portuqaliya olub. Ən çətin viza verən ölkələr arasında Niderland və İtaliya da yer alıb.

Araşdırmalar zamanı ən tez Şengen vizası verən ölkələr də məlum olub. Bu, Latviya, Macarıstan, Yunanıstan və İslandiyadır.

Ən rahat multiviza verən ölkələr isə Avstriya və Almaniyadır.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri