12 
May
2017
23:07
44
251
2779
Virtual karabakh

Pakistanda senatorun kortejinə hücum nəticəsində 25 nəfər ölüb

12 May, 2017
23:07
2779

Pakistanda senatorun kortejinə hücum nəticəsində 25 nəfər ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pakistanda senatorun korteji yaxınlığında terrorçu-kamikadze özünü partladıb. Hadisə nəticəsində 25 nəfər ölüb.

Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, terror aktı Belucistan vilayətində Mastunq şəhəri yaxınlığında baş verib.

Senator Əbdül Qafur Heydəri bölgəyə yerli tələbələrə mədrəsini bitirdikləri barədə sertifikat təqdim etmək üçün gəlmişdir. 

Pakistan polisi hesab edir ki, terrorçu avtomobilləri səhv salıb, və özünü senatorun avtomobili keçəndən sonra partladıb. Əbdül Heydərin sürücüsü həlak olub, özü isə yüngül xəsarətlər alıb. 

Partlayış zamanı 35 nəfər yaralanıb, onlardan onunun vəziyyəti ağırdır. 

Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri