18 
May
2017
08:48
123
93
1200
Virtual karabakh

İŞİD-in İraqda törətdiyi terror aktlarında 10 hərbçi həlak olub

18 May, 2017
08:48
1200

İŞİD-in İraqda törətdiyi terror aktlarında 10 hərbçi həlak olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İŞİD qruplaşmasının İraqın Mosul şəhərinin qərbində törətdiyi terror aktları zamanı 10 hərbçi həlak olub.

Oxu.Az-ın Report-a istinadla məlumatına görə, bu barədə İraqın federal polisinin nümayəndəsi Əddi Abdülvahab əs-Səidi xəbər verib.

Polis nümayəndəsinin sözlərinə görə, terror aktlarından biri Rıfai rayonunda təşkil olunub. Belə ki, kamikadze minalanmış avtomobili Terrorizmlə Mübarizə Bölməsinin əməkdaşlarının yaxınlığında partladıb. Nəticədə 3 hərbçi ölüb.

Daha iki terror aktı isə Mosulun qərbində, Uraybi rayonunda baş verib. Nəticədə 7 hərbi xidmətçi həlak olub.  

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri