19 
May
2017
12:05
38
152
1620
Virtual karabakh

İranda seçkilər: Xameneyi səs verdi

İranın ali dini lideri Ayətullah Əli Xameneyi prezident seçkilərində ilk səs verənlərdən biri olub.

Oxu.Az-ın modern.az-a istinadən verdiyi məlumata görə, Xameneyi mətbuata qısa açıqlama da verib.

“Seçkilər çox vacibdir və ölkəmizin taleyi xalqımızın əlindədir”, – deyə Tehrandakı seçki məntəqələrindən birində səs verən Xameneyi deyib. 

Bakı vaxtı ilə saat 8:30-da açılan seçki məntəqələri 17:30-da bağlancaq. Amma seçici çoxluğunu nəzərə alaraq vaxtın bir qədər uzadılması da gözdən keçirilir.

Seçkidə 56 milyon insan iştirak etmək hüququna sahibdir. Ümumilikdə 63 min seçki məntəqəsi açılıb. 

Seçkilərdə 4 namizəd – hazrki prezident Həsən Ruhani, Ayətullah İbrahim Rəisi, keçmiş vitse-prezident Mustafa Haşemi-Taba və mühafizəkar namizəd Mustafa Ağa-Mirsəlim olacaq.

Z.Q.
www.oxu.az

Digər Dünya xəbərləri