19 
May
2017
20:22
47
111
2817
Virtual karabakh

Tramp “koka” və “kakao” sözlərini səhv saldı – VİDEO

19 May, 2017
20:22
2817

Tramp “koka” və “kakao” sözlərini səhv saldı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Tramp kolumbiyalı həmkarı Xuan Manuel Santosla görüşdən sonra mətbuat konfransı zamanı, kokainin istehsalının qarşısının alınmasından danışarkən, iki dəfə “koka” əvəzinə “kakao” sözünü işlədib.

Oxu.Az-ın xəbərinə görə, Amerika liderinin bəyanatını “CBS LA” telekanalı öz Twitter səhifəsində yerləşdirib.

“Ötən il “kakao”nun becərilməsi və kokainin istehsalı Kolumbiyada rekord həddə çatıb”, - dövlət başçısı deyib.

Bəzi bloggerlər Trampın qarşısında olduğu yazının oxuya bilməməsindən dəhşətə gəliblər - “o heç oxuya da bilmir”, - onlardan biri videoya şərhdə yazıb.

Qeyd edək ki, koka ağacı - Cənubi Amerika xalqlarının mədəni ənələrində mühüm rol oynayan bitkidir. XIX əsrin sonundan etibarən kokadan kokain narkotikinin istehsalı üçün xammal kimi istifadə edilməyə başlanılıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri