22 
May
2017
23:41
24
250
4748
Virtual karabakh

İvanka Trampın fondu ərəblərdən 100 milyon dollar alacaq

22 May, 2017
23:41
4748

İvanka Trampın fondu ərəblərdən 100 milyon dollar alacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidentinin qızı və Ağ evin müşaviri İvanka Trampın iştirak etdiyi tədbirdə Dünya bankı bəyan edib ki, Səudiyyə Ərəbistanı və BƏƏ qadın-sahibkarlar fonduna 100 milyon dollar vəsait ayıracaqlar. 

Oxu.Az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. 

Qeyd edilir ki, İvanka Trampın fondu hazırda formalaşır və bu fond Yaxın Şərqdə qadınların maliyyə yardımına və bazarlara çıxışını asanlaşdırmağa istiqamətlənib.  

ABŞ prezidentinin qızı öz növbəsində bəyan edib ki, onun rolu ABŞ və bütün dünyada qadınların imkanlarını genişləndirməkdən ibarətdir. 

İvanka Tramp həmçinin ABŞ prezidenti Donald Tramp ilə bərabər səfər etdiyi Səudiyyə Ərəbistanında qadınların hüquqları ilə əlaqədar inkişafı da qeyd edib. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri