22 
May
2017
18:12
200
87
4503
Virtual karabakh

Kadırovun gəliri iki dəfə artıb

22 May, 2017
18:12
4503

Kadırovun gəliri iki dəfə artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çeçenistan rəhbəri Ramzan Kadırovun gəliri 2015-ci il ilə müqayisədə 2016-cı ildə iki dəfədən çox artaraq 11,46 milyon rubla çatıb.  

Oxu.Az xəbər verir ki, bu barədə region administrasiyasının saytında dərc edilmiş deklarasiyada bildirilib. 

2015-ci ildə siyasətçi altı milyon rubldan (106 min dollar) çox pul qazanıb. Yeni sənədə görə, Kadırov 2344,3 kvadrat metr sahəsi olan yaşayış evinə və 3668 kvadrat metr ərazisi olan sahəyə sahibdir. Onun arvadı və 12 uşağı 300 kvadrat metrlik evə sahibdirlər. Kadırovun nəqliyyat vasitəsi yoxdur. 

Çeçenistan rəhbərinin arvadı M.Kadırova keçən il 2,1 milyon rubl (36 min dollar) qazanıb. Bundan başqa Kadırovun yetkinlik yaşına çatmayan 12 övladı  9,95 milyon rubl (175 min dollar) qazanıblar. Keçən il onların gəliri təxminən 200 min rubldan (4 min dollar) ibarət olub. Onların gəlir mənbəyi deklarasiyada qeyd edilməyib. 

N.О.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri