22 
May
2017
14:06
31
208
3658
Virtual karabakh

Rusiyanın “Su-24” təyyarəsinin pilotunun ölümündə şübhəli bilinən şəxsə hökm oxunub

22 May, 2017
14:06
3658

Rusiyanın “Su-24” təyyarəsinin pilotunun ölümündə şübhəli bilinən şəxsə hökm oxunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Su-24” təyyarəsinin pilotu Oleq Peşkovun ölümündə şübhəli bilinən Alparslan Çelik 5 il müddətinə həbs edilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, müvafiq qərara səbəb A.Çelikin qeyri-qanuni silah saxlaması olub.

A.Çelikin vəkilinin bildirdiyinə görə, Çelikin rusiyalı pilotun ölümündə əlinin olması ilə bağlı istintaq davam edir.

Xatırladaq ki, “Su-24” Türkiyənin “F-16” təyyarəsi tərəfindən vurulub. Ekipaj katapult edə bilsə də, silahlılar paraşütlə enən O.Peşkova atəş açıblar və nəticədə o ölüb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri