22 
May
2017
16:51
408
118
31276
Virtual karabakh

Ərəb şeyxi Trampın qızına elçi çıxdı

22 May, 2017
16:51
31276

Ərəb şeyxi Trampın qızına elçi çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanından olan bir iş adamı Trampın qızına elçi çıxıb.

Oxu.Az-ın ölkə.az-a istinadən verdiyi məlumata görə, ABŞ prezidentinin Səudiyyə Ərəbistanına səfəri müxtəlif hadisələrlə yadda qalıb.

Tramp Kral Salmanla birlikdə ənənəvi qılınc rəqsinə baxıb, sonra isə muzeyi gəzib.

ABŞ prezidentinin səfərinin ilk saatlarında zəngin bir iş adamı Kral Salmandan atasını müşayiət edən İvanka Trampa elçilik etməyi tələb edib. İvanka Tramp evlidir və iki övladı var. Səudiyyəli iş adamı isə sosial şəbəkədə video paylaşaraq qızla evlənmək istədiyini bildirib.

ABŞ-ın birinci xanımı Melaniya Tramp da eyni gündə üç dəfə paltar dəyişdirərək diqqətləri üzərinə cəlb edib. Kral Salman Trampa Səudiyyə Ərəbistanının ən ali Kral Əbdüləziz Dövlət Nişanını təqdim edib.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri