23 
May
2017
16:17
45
164
5263
Virtual karabakh

Mançesterdə terror aktı ilə əlaqədar bir nəfər saxlanılıb – YENİLƏNİB

23 May, 2017
16:17
5263

Mançesterdə terror aktı ilə əlaqədar bir nəfər saxlanılıb – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mançester polisi 23 yaşlı şəxsin Mançesterdə stadionda baş verən terror aktı ilə əlaqədar saxlanıldığını təsdiqləyib. 

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə hüquq mühafizə orqanlarının Twitter hesabında bildirilib. 

“Stadionda baş verən hadisəyə gəldikdə isə biz Mançetserin cənubunda 23 yaşlı şəxsin saxlanıldığını deyə bilərik”, - məlumatda deyilir. 

Daha öncə “Manchester Evening News” qəzeti terror aktı ilə əlaqədar bir neçə nəfərin saxlanıldığı barədə məlumat yaymışdı. Bu informasiya hakimiyyət tərəfindən təsdiqini tapmadı. 

09:29

KİV-də Mançesterdə ölümlə nəticələnən hadisədən sonra şübhəlilərin saxlanıldığı bildirilib. 

Oxu.Az xəbər verir ki, iki adamın həbs olunduğu barədə məlumat yayılıb. 

KİV bildirib ki, “Mançester-Arena” stadionunda baş verən mümkün terror aktı nəticəsində 19 nəfər ölüb, 50 nəfər yaralanıb.  

Stadionda amerikalı müğənninin konsertinə gələn yetkinlik yaşına çatmayan tamaşaçıların olduğu foyelərdən birində mismarlarla dolu olan partlayıcı qurğu işə düşüb. 

Britaniyalı polis baş verən hadisəni terror aktı kimi qiymətləndirir. Həmçinin partlayışı kamikadze-terrorçunun törədə biləcəyi versiyası da mövcuddur. 

Stadionda iki güclü partlayışdan sonra təxliyə elan edilib. Bununla yanaşı, stadionun yaxınlığında yerləşən “Viktoriya” metro stansiyasının sərnişinləri də təxliyə edilib. Daha sonra KİV-də metro ərazisində partlamamış bombanın tapıldığına dair məlumat yayılıb. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri