23 
May
2017
10:17
69
34
1599
Virtual karabakh

Filippin prezidenti Moskvadadır

23 May, 2017
10:17
1599

Filippin prezidenti Moskvadadır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Filippin prezidenti Rodriqo Duterte bazar ertəsi Moskvaya rəsmi səfərə gəlib. Prezidentin təyyarəsi Moskvanın Vnukovo-2 aeroportunda enib, onu Rusiya DİN rəhbərinin müavini İqor Morqulov və hər iki ölkənin nümayəndələri qarşılayıblar. 

Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir. 

Duterte Rusiyada mayın 26-na qədər olacaq.

Filippin DİN-dən bildirilən məlumata görə, onun Rusiyaya səfərinin məqsədi dövlətlər arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi olacaq.  

Filippin liderinin Rusiya prezidenti Vladimir Putin ilə görüşü mayın 25-də baş tutacaq, bunu Kremlin mətbuat xidmətindən bildiriblər.

“Siyasi, iqtisadi-ticarət və humanitar-mədəni sahələrdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini müzakirə etmək planlaşdırılıb”, - məlumatda deyilir. 

Səfərin nəticəsində birgə bəyanatın verilməsi, eləcə də ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Kremldə həmçinin əlavə ediblər ki, görüş zamanı təhlükəsizlik və terror əleyhinə mübarizədə, beynəlxalq və regional problemlərə dair fikir mübadiləsinin aparılacağı ehtimal edilir.  

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri