23 
May
2017
14:28
42
197
5487
Virtual karabakh

Bakı “Expo-2025”-ə namizəd oldu

23 May, 2017
14:28
5487

Bakı “Expo-2025”-ə namizəd oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan, Rusiya, Fransa və Yaponiya “Expo-2025” Dünya universal sərgisinə ev sahibi olmaq üçün namizədliyini irəli sürüb. 

Oxu.Az xəbər verir ki, bu barədə fransız KİV-i Beynəlxalq sərgilər bürosuna istinadən məlumat yayıb.    

Sərgiyə ev sahibliyi etmək üçün namizədliklərini verən şəhərlər sırasında Paris, Yekaterinburq, Bakı və Osaka yer alır. 

Qalib 2018-ci ilin noyabrında Beynəlxalq sərgi bürosunun Baş Assambleyasında 170 iştirakçı ölkənin səsverməsi ilə təyin ediləcək. Hazırda “Expo”nun 2025-ci ilin mayın 2-dən noyabrın 2-nə qədər davam edəcəyi gözlənilir.  

“Expo” beş ildə bir dəfə keçirilir. 2015-ci ildə Milanda keçirilib, 2020-2021-ci illərdə sərgi Dubayda keçiriləcək. 

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri