23 
May
2017
12:46
144
45
2868
Virtual karabakh

Tramp Fələstindədir

23 May, 2017
12:46
2868

Tramp Fələstindədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Tramp Fələstinin Beytləhm (Vifleyem) şəhərindədir və səlahiyyətlərinin icrasına başladıqdan üçüncü dəfə görüşdüyü həmkarı Mahmud Abbas ilə danışıqlar aparır.

Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.  

İordan çayının qərb sahilində yerləşən İsa Məsihin vətəninə Tramp qonşu Qüdsə görə səfər edib. 

Abbas ilə görüş Beytləhm şəhərindəki iqamətgahda olub, qarşılama zamanı iki ölkənin himni səslənib, fəxri qarovul düzülüb.  

Yerli telekanallar ilə yayılmlanan kadrlarda Tramp şəhərə onu əksər səfərlərində müşayiət edən həyat yoldaşı, qızı və kürəkəni olmadan tək gəldiyi görünür. 

Prezident seçildikdən sonra Tramp Yaxın Şərqdə sülhməramlı tədbirlərdə öz qüvvəsini sınamaq və Fələstin-İsrail münaqişəsinin nizamlanmasına nail olmaq niyyəti barədə bildirmişdi. 

Abbas daha öncə Vaşinqtonda Tramp ilə görüşmüşdü, bazar günü isə dünyanın ərəb-müsəlman liderləri sırasında onun Ər-Riyaddakı çıxışını dinləmişdi. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri