23 
May
2017
15:15
74
21
2379
Virtual karabakh

Mançesterdə partlayış xəbərinə görə ticarət mərkəzi təxliyə edilib – VİDEO

23 May, 2017
15:15
2379

Mançesterdə partlayış xəbərinə görə ticarət mərkəzi təxliyə edilib – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mançesterdə partlayış səsinə bənzəyən səsin eşidildiyi “Arndale” ticarət mərkəzində adamlar təxliyə edilir.  

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. 

Məlumata görə, mərkəzdə partlayış səsinə bənzəyən səs eşidilib. “Twitter” istifadəçiləri hesablarında insanların qaçaraq ticarət mərkəzindən çıxdığı əks olunan kadrlar yerləşdiriblər. 

Polis nümayəndəsi hadisəni şərh etməyib. 

Bazar ertəsi yerli vaxtla saat 22:35 (Bakı vaxtı ilə 01:35) “Mançester Arena” stadionunda partlayış baş verib. Partlayıcı qurğu amerikalı müğənni Ariana Qrandenin ifasından sonra stadionun foyelərinin birində işə salınıb. Baş verən hadisə terror aktı adlandırılıb.

Son məlumata görə, Mançesterdə partlayış nəticəsində 22 nəfər ölüb, 59 nəfər isə yaralanıb.  

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri