24 
May
2017
08:41
79
10
1519
Virtual karabakh

Britaniyada terror təhlükəsinin “kritik” səviyyəsi elan edilib

24 May, 2017
08:41
1519

Britaniyada terror təhlükəsinin “kritik” səviyyəsi elan edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyada terror təhlükəsinin səviyyəsi “ciddi”dən “kritik”ə yüksəldilib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın baş naziri Tereza Mey bəyan edib.   

“Mançesterdəki terror aktı ilə əlaqədar terror təhlükəsinin səviyyəsinin “ciddi”dən “kritik”ə yüksəldilməsinə dair qərar verilib... Bu o deməkdir ki, terror aktları nəinki mümkündür, hətta qaçılmazdır. Bu o deməkdir ki, bir çox əhəmiyyətli yerlərdə hərbçilər polisləri əvəzləyəcək”, - deyə Mey hökumət üzvlərinin və xüsusi xidmət qurumlarının əməkdaşlarının daxil olduğu KOBRA fövqəladə komitənin iclasından sonra bildirib.

Qeyd edək ki, Mançesterdə konsert zamanı kamikadze-terrorçunun törətdiyi partlayış nəticəsində 22 nəfər ölüb, 120 nəfər yaralanıb. İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.  

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri