24 
May
2017
10:38
62
53
2073
Virtual karabakh

ABŞ-da təyyarə havaya qalxarkən mühərriki alışıb

24 May, 2017
10:38
2073

ABŞ-da təyyarə havaya qalxarkən mühərriki alışıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“United Airlines” şirkətinin təyyarəsi səmaya qalxarkən mühərriklərindən biri alışıb, göyərtədə olan sərnişinlər təxliyə edilib.   

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə yerli “CBS New York” telekanalı məlumat yayıb. 

Telekanalın məlumatına görə, “Boeing 757” təyyarəsi Nyu-Cersidəki Beynəlxalq Nyuark Liberti aeroportundan San-Fransiskoya uçmalı idi.  

Təyyarədə 124 sərnişin və yeddi heyət üzvü olub. Ehtimal edilir ki, təyyarənin sağ hissəsindəki mühərrikdə alışma baş verib. 

Hava limanından verilən məlumata görə, hazırda xəsarət alanlar haqqında məlumat yoxdur. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri