24 
May
2017
11:38
30
93
2502
Virtual karabakh

Duterte Putindən müasir silah istədi

24 May, 2017
11:38
2502

Duterte Putindən müasir silah istədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Filippin prezidenti Rodriqo Duterte rusiyalı həmkarı Vladimir Putin ilə görüş zamanı ölkəsinin müasir silaha ehtiyacı olduğunu və bu məsələdə Rusiyadan yardım istəyəcəyini bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. 

“Ölkəmizin müasir silaha ehtiyacı var. Biz ABŞ-a müəyyən sifarişlər etmişik, amma hazırda vəziyyət o qədər də ürəkaçan deyil”, - o deyib. 

Onun sözlərinə görə, silah terrorçular ilə mübarizə üçün mühümdür. “Ölkəniz bizim üçün etibarlı tərəfdaşdır”, - Duterte deyib. 

Onun sözlərinə görə, iki ölkə ticarət əlaqələrini inkişaf etdirməlidir. “Mən dəstəyinizdən əmin olmaq və sizə dostluq təklif etmək üçün gəlmişəm. biz ticarət əlaqələrini, əmtəə dövriyyəsini inkişaf etdirməliik”, - Duterte deyib. 

Putin qeyd edib ki, Rusiya və Filippinin hərbi-texniki sahədə mümkün əməkdaşlıq daxil olmaqla çoxsaylı maraqlı layihələri mövcuddur.

Dutertenin Rusiya səfərinə qədər hazırlanan sənədlər paketi mayın 24-də imzalanacaq.   

İki liderin ilkin olaraq 25 maya planlaşdırılan görüşü mayın 23-nə keçirildi. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri