24 
May
2017
14:21
104
20
3451
Virtual karabakh

Poroşenkonun oğlu atasının tənqidindən sonra “Ukraine” köynəyində – VİDEO

24 May, 2017
14:21
3451

Poroşenkonun oğlu atasının tənqidindən sonra “Ukraine” köynəyində – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna prezidenti Petro Poroşenkonun kiçik oğlu Mixail anası Mariya Poroşenkonun apardığı “İdman dünyasında” adlı səhər proqramının çəkilişində iştirak edib. O, verilişə üzərində “Ukraine” yazılmış köynək ilə gəlib.

Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir. 

Mixaildən başqa proqramda onun bacıları YevgeniyaAleksandra da iştirak edib. Qızlar isə üzərində heç bir yazı olmayan sadə köynək geyiniblər. 

Xatırladaq ki, mayın əvvəllərində sosial şəbəkələrdə Mixail Poroşenkonun üzərində “Russia” yazılmış köynəklə çəkilmiş fotosu yayılmışdı.

Bu, internet istifadəçiləri arasında böyük səs-küyə səbəb olmuşdu. 

Prezidentin oğlu çəkiliş boyu arxası kameraya olub, belə ki, məhz köynəyin arxasında böyük hərflərlə “Ukraine” yazılmışdı. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri