24 
May
2017
12:55
22
119
1732
Virtual karabakh

Çində tuneldə partlayış: Ölənlər var

24 May, 2017
12:55
1732

Çində tuneldə partlayış: Ölənlər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çində avtomobil tunelində partlayış baş verib. Qəzaya səbəb benzindaşıyan maşının digər yük maşını ilə toqquşması olub. 

Oxu.Az xəbər verir ki, bu barədə “China Daily” məlumat yayıb. 

Hadisə mayın 24-də səhər saatlarında Hebey əyalətində Çjantszyakou və Şitszyaçjuan şəhərləri arasında yolda olan tuneldə baş verib. Benzindaşıyan maşın yük maşını ilə toqquşub, nəticədə yağın olub, benzindaşıyan maşın partlayıb. Alov o qədər güclü olub ki, yalnız yolda olan avtomobilləri deyil, hətta tunelin üstündə olan evləri belə bürüyüb. 

Ölənlərin hamısı tunelin içində olan avtomobillərdə olub. Yanğın nəticəsində evlərdə yaşayan sakinlərdən on beş nəfəri yanıq yaraları və digər xəsarətlər alıblar. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri