24 
May
2017
17:14
16
129
2131
Virtual karabakh

Roma Papası Trampa hədiyyə etdi

24 May, 2017
17:14
2131

Roma Papası Trampa hədiyyə etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerika Birləşmiş Ştatlarının prezidentinin pontifik ilə görüşü bu gün Vatikanda baş tutub. Yarım saat davam söhbətin təfərrüatları açıqlanmır.

Oxu.Az Life-a istinadən xəbər verir. 

Donald Tramp Roma Papası ilə söhbət zamanı bir-birinə hədiyyə veriblər. Roma Papası I Fransisk ABŞ prezidenti Donald Trampa zeytun ağacının təsvir olunduğu medalyon hədiyyə edib. 

Öz növbəsində D.Tramp I Fransiskə Martin Lüter Kinqə həsr olunmuş kitabın xüsusi nəşrini hədiyyə edib.

Roma Papası hədiyyəni təqdim edərkən zeytun ağacının sülh rəmzi olduğunu bildirib. Hədiyyəni qəbul edən D.Tramp “Bizə sülh lazımdır” deyib. 

O, həmçinin pontifikdən Beynəlxalq sülh gününə və biri ətraf mühitin müdafiəsinə həsr edilmiş üç müraciət alıb. ABŞ prezidenti sənədlər ilə tanış olmağı vəd edib. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri