24 
May
2017
16:43
16
76
1385
Virtual karabakh

Mançesterdə partlayış ilə əlaqədar daha üç nəfər saxlanılıb

24 May, 2017
16:43
1385

Mançesterdə partlayış ilə əlaqədar daha üç nəfər saxlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mançesterdə konsertdə partlayış ilə əlaqədar aparılan cinayət işi üzrə daha iki nəfər saxlanılıb. 

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə Mançester polisindən bildiriblər. 

Beləliklə də istintaq çərçivəsində göz altına alınanların sayı dörd nəfərə çatdı. 

Saxlanılan şəxslərdən biri terrorçu-kamikadze hesab edilən Salman Abedinin qardaşıdır.  

Bu ərəfədə partlayış ilə əlaqədar olaraq 23 yaşlı şəxs saxlanılıb. Onu Mançesterin cənubunda Çorltonda saxlayıblar. 

Xatırladaq ki, bazar ertəsi yerli vaxtla saat 22:35 (Bakı vaxtı ilə 01:35) “Mançester Arena” stadionunda partlayış baş verib. Partlayıcı qurğu amerikalı müğənni Ariana Qrandenin ifasından sonra stadionun foyelərinin birində işə salınıb. Baş verən hadisə terror aktı adlandırılıb. Hadisə nəticəsində 22 nəfər ölüb, 59 nəfər isə yaralanıb.  

KİV-in məlumatına görə, Abedi partlayışdan bir qədər öncə Liviyadan valideynlərinin yaşadığı İngiltərəyə gəlib. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri