24 
May
2017
20:26
132
19
2760
Virtual karabakh

BMT Azərbaycanın həmmüəllif olduğu qətnaməni qəbul edib

24 May, 2017
20:26
2760

BMT Azərbaycanın həmmüəllif olduğu qətnaməni qəbul edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BMT-nin Baş Assambleyası sentyabrın 30-nu Beynəlxalq Tərcümə Günü elan edib.

Oxu.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, müvafiq qərar bu gün, mayın 24-də, keçirilən iclasda qəbul olunub.

Qətnamədə “tərcümənin xalqlararası dialoqun inkişaf etdirilməsində, həmçinin beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsinin təmin edilməsində vacib rolu” qeyd olunub.

Sənədin müəllifləri qismində Azərbaycan, Banqladeş, Belarus, Vyetnam, Qətər, Kosta-Rika, Kuba, Paraqvay, Türkmənistan, Türkiyə və Ekvador kimi ölkələr çıxış ediblər. 

Qeyd edək ki, peşəkar bayram 1991-ci ildə Beynəlxalq Tərcüməçilər Federasiyası tərəfindən təsis olunub.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri