25 
May
2017
17:24
114
34
3176
Virtual karabakh

İrlandiyada arzuların vakansiyası: “Pişikləri qucaqlayan” – FOTO

25 May, 2017
17:24
3176

İrlandiyada arzuların vakansiyası: “Pişikləri qucaqlayan” – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrlandiyanın Dublin şəhərində arzuların vakansiyası adlandırıla biləcək vakansiya açılıb, “Just Cats” veterinar klinikası bütün gün pişikləri qucaqlaya biləcək işçi axtarır. 

Oxu.Az “Meduza”ya istinadən xəbər verir. 

Namizəd pişikləri sevməli, zərif əllərə və yumşaq səsə sahib olmalı, pişikləri uzun müddət sığallamağı və onların səslərinin fərqini seçə bilməlidir. 

Əsas şərt isə veterinar sahədə biliklərə sahib olmalıdır. “Pişikləri qucaqlayan” ən narahat və əsəbi pişikləri sakitləşdirməlidir.   

Məvacib və iş gününün saatı barədə elanda məlumat yoxdur. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri