25 
May
2017
15:19
22
167
4432
Virtual karabakh

Reysə gecikən deputatlar təyyarəni geri qayıtmağa məcbur ediblər

25 May, 2017
15:19
4432

Reysə gecikən deputatlar təyyarəni geri qayıtmağa məcbur ediblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əfqanıstan Aviasiya İdarəsi iki deputata – Qulam Hüseyn NaseriAbdulla Rahman Şahidaniyə qarşı iddia irəli sürüb. Belə ki, Kabuldan səmaya qalxan təyyarə onlara görə Bamianda enişi ləğv edərək geri qayıtmalı olub. 

Oxu.Az Life.ru-ya istinadən xəbər verir ki, bu barədə “Əl-Cazirə” məlumat yayıb. 

Şahidaninin Bamianda polis zabiti olan oğlu təyyarənin geriyə Kabula qayıtması və atası ilə digər deputatı götürməsi üçün səy göstərib. 

Parlamentarilər onlara görə geri qayıdan təyyarəyə qalxıblar, uçuşdan öncə Şahidani bəyan edib ki: “Bundan sonra hamı mənim kim olduğumu və gücümü bilər”.

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri