25 
May
2017
19:43
29
572
13066
Virtual karabakh

Ermənilər Bakını tutmaq üçün Allahdan yardım istəyirlər

25 May, 2017
19:43
13066

Ermənilər Bakını tutmaq üçün Allahdan yardım istəyirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənilər Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Bakını zəbt etməyi təklif ediblər.

Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, bu “möhtəşəm” planın realizəsi üçün Qafqazın ən qədim xalqının nümayəndələri yardım üçün Allaha əl açıblar. 

Bu bəyanatla erməni KİV-nə verdiyi müsahibəsində Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separat rejimin “müdafiə qüvvələrinin” birinci komandiri Arkadi Karapetyan çıxış edib. 

“Mən təklif edirəm: Bakını işğal edirik və məsələni bağlayırıq. Bakını işğal etmək üçün isə biz millətim izi qaydaya salmalıyıq. Elə belə də olacaq – kimin nə deməyindən asılı olmayaraq, dünya sahiblərinin istəyindən asılı olmayaraq. Onlara elə gəlir ki, hər şeyi onlar həll edir, amma onlar həll etmir: bunu xalq həll edəcək, Allahdan bu məsələnin həllində bizə yardım etməsini istəyək”, - o, deyib. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri