25 
May
2017
21:51
270
81
30860
Virtual karabakh

Azərbaycanlı milyarderin oğlu Rusiyanın ən zəngin varisi oldu

25 May, 2017
21:51
30860

Azərbaycanlı milyarderin oğlu Rusiyanın ən zəngin varisi oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Forbes” jurnalı mayın 25-də Rusiya milyarderlərinin ən zəngin varislərinin növbəti reytinqini dərc edib.

Oxu.Az-ın xəbərinə görə, siyahıya valideynlərin sərvətindən hər bir övladın payına 2,3 milyard dollardan az düşməyən 20 ailə daxil edilib. 

Ötən il olduğu kimi, siyahıya yenə “LUKOIL” şirkətinin təsisçisi və əsas səhmdarı Vahid Ələkbərovun yeganə oğlu Yusif Ələkbərov başçılıq edib, onun payına 14,5 milyard dollar düşür (ötən il bu rəqəm 8,9 milyard dollar idi).

Yusif Ələkbərov 1990-cı ildə anadan olub, 2012-ci ildə “neft yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə Qubkin adına neft və qaz RDU-nu bitirib.

İkinci sırada “EuroChem” şirkətinin sahibi Andrey Melniçenkonun qızı qərarlaşıb. “Forbes” versiyasına görə, beş yaşlı Taranın sərvəti 13,2 milyard dollar təşkil edir (ötən il - 8,2 milyard dollar).

İlk üçlüyü “Novatek” və “Sibur” şirkətlərinin əsas səhmdarı Leonid Mixelsonun övladları bağlayıb. Onun 15 yaşlı qızı Viktoriya və iki yaşlı (adı açıqlanmır) oğlu 9,2 milyard dollar sərvətə malikdirlər.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri