26 
May
2017
08:38
58
29
1159
Virtual karabakh

Mançester polisi terror aktında şübhəli bilinən 10-cu adamı saxlayıb

26 May, 2017
08:38
1159

Mançester polisi terror aktında şübhəli bilinən 10-cu adamı saxlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mançester polisi stadionda baş vermiş terror aktında şübhəli bilinən 10-cu adamı saxlaması barədə “Twitter”də xəbər yayıb.

Oxu.Az-ın Report-a istinadla məlumatına görə, həmin şəxs Moss-Sayd zonasında saxlanılıb.

“Bu gün səhər biz Moss-Sayd zonasında bir kişini saxladıq. Bu, “Mençester arena”dakı hücumla bağlıdır”, – deyə xəbərdə bildirilir.

Polisdən bildirilib ki, təhqiqatın gedişində 10 nəfər saxlanılıb. Lakin onlardan ikisi – kişi və qadın ittiham elan edilmədən buraxılıb. Hazırda 8 nəfər həbsdədir.

Dünən polisin Mançesterdəki terror aktı ilə əlaqədar 8-ci şübhəlini saxladığı bildirilirdi.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri