26 
May
2017
09:39
134
38
1648
Virtual karabakh

Braziliyada həbsxanadan 91 məhkum qaçıb

26 May, 2017
09:39
1648

Braziliyada həbsxanadan 91 məhkum qaçıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliyanın şimalındakı Riu-Qrandi-du-Norti ştatında yerləşən həbsxanadan 91 məhkum qaçıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Telesur” məlumat yayıb. 

Məlumata görə, məhkumlar dan yeri ağararkən 30-40 metrlik tunellə həbsxanadan qaçıblar. Digər məhkumlar isə nəzarətçilərin diqqətini yayındırmaq üçün həbsxananın içində qarışıqlıq yaradıblar.

Təhlükəsizlik qüvvələri Paraiba və Riu-Qrandi-du-Norti ştatları ilə sərhəddəki 36 şəhərdə məhkumların axtarışı əməliyyatına başlayıblar. Qaçan məhkumlardan 8-i tutulub.

Həbsxananın rəhbərliyi bildirib ki, məhbusların qaçmasından sonra əraziyə iki avtomobil və motosiklet gəlib. Məhkumlar mülki forma geyinməyə müvəffəq olublar.

Qeyd edək ki, 2017-ci ilin yanvarında həmin həbsxanadan 14 məhkum qaçıb.

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri