Apr
2014
17:50
16
40
19261
Virtual karabakh

Erməni porno ulduz Əsədi dəstəklədi – FOTO

3 Apr, 2014
17:50
19261

Erməni porno ulduz Əsədi dəstəklədi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən ağrılı hekayələrlə böyüdüm”.

Erməni mənşəli amerikalı televiziya ulduzu Kim Kardaşyan Suriyanın Keseb şəhərində yaşananlar haqqında yazdığı Twitter mesajı ilə böyük bir mübahisəyə səbəb olub.

Oxu.Az Publika.az-a istinadən xəbər verir ki, Suriyada ermənilərin sıx yaşadıqları Keseb qəsəbəsində rejim gücləriylə müxaliflər arasında davam edən qarşıdurmaya toxunaraq arada qalan ermənilərin vəziyyətinə diqqət çəkmək istəyən Kardaşyan, “Mən ağrılı hekayələrlə böyüdüm. Kesebdə də tarixin təkrarlanması üçün kömək edin”, deyə yazıb.

O, atdığı tvitdə istifadə etdiyi “SaveKessab” haştəqinin Əsəd dəstəkçiləri tərəfindən təbliğat məqsədilə istifadə edildiyi ortaya çıxıb. Kardaşyan sosial mediada “Əsədə dəstək verir” tənqidlərinə məruz qalıb.

Xatırladaq ki, Kardaşyanı Twitter-də 20 milyondan çox adam izləyir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri