26 
May
2017
14:07
182
15
2075
Virtual karabakh

AP-ın rəsmisi: Qarabağda status-kvo daha qala bilməz

26 May, 2017
14:07
2075

AP-ın rəsmisi: Qarabağda status-kvo daha qala bilməz

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarabağda status-kvo daha saxlanıla bilməz, Avropa Parlamentinin (AP) xarici işlər üzrə komissiyasının sədri Devid Makallister belə hesab edir.

Oxu.Az bu barədə erməni KİV-nə istinadən xəbər verir. 

“Bu qarşıdurmanın hərbi həlli yoxdur. Beynəlxalq hüquq çərçivəsində bütün mümkün vasitələrdən istifadə etmək lazımdır. Aİ münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində istənilən diplomatik səyləri dəstəkləyir”, - o, mayın 25-də Yerevanda keçirilən mətbuat konfransında bildirib. 

“Aİ insan ölümünə səbəb olan addımları dayandırmaq üçün tərəfləri ATƏT-in Minsk qrupunun hazırladığı təkliflər əsasında müqəddiməsiz danışıqlara başlamağa çağırır”, - o deyib. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri