26 
May
2017
19:22
272
36
7780
Virtual karabakh

Poroşenkoya ən yeni Ukrayna raketinin sınağını göstərdilər – VİDEO

26 May, 2017
19:22
7780

Poroşenkoya ən yeni Ukrayna raketinin sınağını göstərdilər – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident Petro Poroşenkoya Odessa vilayətinə səfəri zamanı Ukrayna istehsalı olan ən yeni raketin sınağı nümayiş olunub.

Oxu.Az-ın xəbərinə görə, raketin buraxılış videosunu dövlət başçısı cümə günü, mayın 26-da, öz “Facebook” səhifəsində yerləşdirib. 

Poroşenko “Olxa” raketinin uğurlu sınağından sonra ölkənin müdafiə naziri Stepan Poltorakı və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinovu təbrik edib.

“Raketin döyüş hissəsi, mühərriyi və idarəetmə sistemi Ukrayna istehsalıdır. Bu bizim hamımızın uğurudur! Yeni raketin Ukrayna ordusunun silahlanmasına tezliklə daxil olunmasını arzu edirəm”, - prezident yazıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri