27 
May
2017
11:28
54
239
2557
Virtual karabakh

ABŞ Dövlət Departamenti Ramazan ayı ilə bağlı tədbirlərdən imtina edib

27 May, 2017
11:28
2557

ABŞ Dövlət Departamenti Ramazan ayı ilə bağlı tədbirlərdən imtina edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Dövlət Departamenti Ramazan ayı ilə bağlı tədbirlərdən imtina edib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, dövlət katibi Reks Tillerson ona təqdim edilən müvafiq sorğunu rədd edib.

Məlumata əsasən, ABŞ Dövlət Departamentində Ramazan ayı ilə bağlı tədbirlər 1999-cu ildən etibarən təşkil edilir. Madlen Olbrayt tərəfindən qoyulan ənənəni sonrakı illərdə Demokrat və Respublikaçılar partiyalarının nümayəndələri daim davam etdiriblər. Dövlət Departamentində iftar süfrəsi təşkil edilib və yaxud müqəddəs ayın bitməsi ilə əlaqədar qəbul keçirilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri